Xəbərlər
Xalqın cənab İlham Əliyevə sevgisi sonsuzdur
Saatlı rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Saatlı rayonunda seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, təşviqat qrupunun üzvləri Bəylər Əliyev və Lətif Şimşəkov, şəhid atası Əflatun Qazıyev çıxış ediblər.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Son 20 ildə respublikanın dinamik inkişafına hədəflənən məqsədyönlü siyasət həyata keçirilib, müxtəlif istiqamətlərdə islahatlar aparılıb və bütün bunlar öz müsbət nəticəsini verib. Belə ki, müstəqillik illərində Azərbaycan güclənib, ölkənin iqtisadi və maliyyə imkanları əhəmiyyətli dərəcədə genişlənib.
Azərbaycan son 20 ildə dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan, etibarlı tərəfdaş, sözünə güvənilən dövlətə çevrilib. Bundan sonra isə ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanı İlham Əliyevin liderliyi ilə yeni inkişaf mərhələsi gözləyir. Natiqlər əminliklə söyləyiblər ki, artıq uğurla başlanmış bu mərhələdə müstəqil Azərbaycan daha da güclənəcək və qüdrətlənəcək. Seçicilər qüdrətli Azərbaycan naminə 7 fevral tarixində seçki məntəqələrinə gedərək cənab İlham Əliyevi dəstəkləyəcəklərini deyiblər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.