YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qalib xalqın qalib Lideri”nə səs verək, uğurlu gələcəyimizi təmin edək!

Xətai rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il 7 fevral tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən cənab İlham Əliyevin  seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Xətai rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Mixail Zabelin, YAP Veteranlar Şurasının üzvü, "91-lər"dən Şahlar Əsgərov, təşviqat qrupunun üzvləri - Mirfaiq Mirheydərli, şəhid atası Mürvət Əsgərov, Tofiq Salmanov, Maisə Hacıyeva, Sevinc Orucova və Aygün Əhmədli iştirak ediblər.

Çıxışlarda bildirilib ki, 7 fevral prezident seçkiləri ölkəmizin  həyatında yeni bir dövrün başlanğıcı olacaq. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından sonra ölkəmizdə ilk dəfə keçiriləcək bu seçkilər, eyni zamanda, Zəfər seçkiləri kimi tarixə yazılacaq. Bu seçkilərin keçirilməsini şərtləndirən digər amillərdən biri də cənab İlham Əliyevin Prezidentlik fəaliyyətinin 20 ilinin tamam olması və bu illər ərzində verilən bütün vədlərin, qarşıya qoyulan vəzifələrin uğurlu icrasıdır. Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanı bütün sahələrdə daha da inkişaf etdirən dövlət başçısı İlham Əliyev  xalqımıza 20 il bundan öncə belə bir vədi vermişdi ki, işğal altında olan torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.

Çıxışlarda ölkəninin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyasını “Qalib xalqın qalib Lideri!” devizi altında uğurla həyata keçirdiyi xüsusi qeyd edilərək seçicilərə çağırışlar edilib.

Seçicilər seçki hüquqlarından istifadə edərək yeganə seçimləri olan cənab İlham Əliyevə dəstəklərini səsvermə prosesində səsləri ilə rəsmiləşdirəcəklərini bildiriblər.