Xəbərlər
Xalqının etimadını doğruldan rəhbər
Qobustan rayonunda seçicilərlə növbəti görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qobustan rayonunda səhiyyə sahəsində çalışan seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov və YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca çıxış ediblər. Çıxışlarda natiqlər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacağını vurğulayıb, seçiciləri fevralın 7-də müstəqil Azərbaycanın firavanlığı naminə qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə dəvət ediblər. Diqqətə çatdırılıb ki, bu, həm bizim tarixi Zəfər seçkimiz, həm də xalqımızın cənab İlham Əliyevə dərin minnətdarlığının əyani ifadəsi olacaq.
Seçicilər fevralın 7-də xalqın etimadını qazanan siyasi Lider cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.