Xəbərlər
Qəbələ rayonunda seçicilərlə görüş...
2024-cü fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 21-də Qəbələ şəhərində seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov, təşviqat qrupunun üzvləri Reyhan Məmmədova, Ceyhun Əhmədov, Təmraz Mehdiyev, Elşad Abdurahmanov çıxış ediblər. Çıxışlarda müstəqil dövlətimizin inkişafında yeni tarixi mərhələnin cənab İlham Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə başlanmasından geniş bəhs edilib. Qeyd edilib ki, əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılıb.
Çıxış edənlər seçiciləri 7 fevral prezident seçkilərində ölkəmizin parlaq gələcəyinin təminatçısı olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində rayonun Böyük Əmili kəndində də seçicilərlə görüş keçirilib.