Xəbərlər
Saatlı rayonunda seçicilərlə növbəti görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Saatlı rayonunun Əlisoltanlı, Potubəyli, Bəylər və Orta Muğan kəndindən olan seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, təşviqat qrupunun üzvləri Ramal Ələsgərov, Əliağa Qurbanov, Aslan Nəsirov, qazi Məzahir Qasımov və Vətən müharibəsi iştirakçısı Rasim Qasımov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, son illərdə baş verən proseslər, əldə olunan çox yüksək səviyyəli nailiyyətlər, parlaq uğurlar bir daha təsdiqləyir ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev siyasətinin alternativi yoxdur. Məhz bu siyasəti də layiqincə davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevdir!
Qeyd edək ki, Saatlı rayonunun Orta Muğan kəndində də seçicilərlə görüş keçirilib. Görüşdə iştirak edən YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, Vətən Müharibəsi qazisi Sürət Ağayev, təşviqat qrupunun üzvləri Daşdəmir Ulfanov və Vüsalə Həsrətova çıxış edərək ölkəmizin gələcək inkişafı, dövlətimizin güc və qüdrətinin artırılması məqsədilə seçiciləri ən layiqli namizədə - cənab İlham Əliyevə səs verməyə çağırıblar.