Xəbərlər
Milli Məclisin deputatı Xanlar Fətiyev seçicilərlə görüşüb
Milli Məclisin deputatı Xanlar Fətiyev Bərdə rayonunun Böyük Göyüşlü və Bala Göyüşlü kəndlərində şəhidlərin xatirəsinə salınmış komplekslərin önünə tər güllər düzərək onların xatirəsini ehtiramla yad edib.
Sonra millət vəkili Böyük Göyüşlü və Bala Göyüşlü kəndlərində, həmçinin Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının inzibati binasında seçicilərlə görüş keçirilib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
