Xəbərlər
YAP Masallı rayon təşkilatında görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında partiya veteranlarının yubileyləri münasibətilə görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək yubilyarları doğum günü münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı, ictimai-siyasi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
O, partiya veteranlarının Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirdiklərini, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə və Yeni Azərbaycan Partiyasına sədaqətlərini əməli fəaliyyətləri ilə təsdiqlədiklərini vurğulayıb.
Partiya veteranları Nuriyev Malik Nuru oğlu və Məmmədova Asudə Sərhəd qızı göstərilən diqqətə və ünvanlarına söylənilən xoş sözlərə görə təşəkkürlərini bildirib, Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətinin Azərbaycana möhtəşəm nailiyyətlər qazandırdığını qeyd ediblər.
Sonda yubilyarlara fəxri fərman və hədiyyələr təqdim edilib.
