YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Göyçay Gənclər Evində partiya veteranları ilə gənclərin görüşü təşkil edilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatının təşəbbüsü ilə Göyçay Gənclər Evində partiya veteranları ilə gənclərin görüşü təşkil edilib.

Çıxış edən YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. O, dövlət başçısının gənclərə göstərdiyi diqqət və qayğının onların hərtərəfli inkişafına, bilik və bacarıqlarının artırılmasına, eləcə də cəmiyyət həyatında fəal iştirakına mühüm töhfə verdiyini vurğulayıb. Qeyd olunub ki, bu cür görüşlər gənclərin milli-mənəvi dəyərlərə sadiq, dövlətçilik ənənələrinə bağlı və vətənpərvər ruhda formalaşmasında xüsusi əhəmiyyət daşıyır.

Daha sonra çıxış edən partiya veteranları Eldəniz Məmmədov, Pakizə Salahova, Sədaqət Abdulova, Atəş Salahov, Ağsaqqallar Şurasının sədri Nazir Əhmədov, Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Zahidə Mirzəyeva və Göyçay Gənclər Evi SXM-nin direktoru Fərid Əkbərov gənclərlə partiya veteranlarının mütəmadi görüşlərinin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Çıxışlarda natiqlər öz zəngin ictimai-siyasi fəaliyyətləri, dövlətçilik ənənələrinin qorunması istiqamətində qazandıqları təcrübə, Ulu Öndər Heydər Əliyevin siyasi irsi, həmçinin Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər barədə fikirlərini bölüşüblər.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

DİGƏR Xəbərlər Arxiv