Xəbərlər
Pirallahı rayonunda seçicilərlə görüş keçirilib
2024 – ci il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16 – da Pirallahı rayonunda seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, təşviqat qrupunun üzvləri Elxan Məmmədov, Röyal Sarıməmmədov, Fəranə Gözəlova, Arzu Cahangirova çıxış ediblər. Qeyd olunub ki, ölkənin avanqard siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası prezident seçkilərinə “Qalib xalqın qalib Lideri!” şüarı ilə iştirak edir. Prezident İlham Əliyevin siyasi iradəsi, diplomatik bacarığı və strategiyası nəticəsində Azərbaycan tarixi qələbə qazandı. Xalqımız belə bir tarixi uğuru iki əsrdən çox idi ki, gözləyirdi. Dövlət başçısı ölkəmizin ərazi bütövlüyünün bərpasının son mərhələsini parlaq şəkildə həyata keçirdi.
Xüsusi vurğulanıb ki, 2024-cü ildə ilk dəfə olaraq qalib ölkənin Prezidenti seçiləcək. Məhz bu mənada keçiriləcək prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti hesab edilir.
Çıxış edən natiqlər seçiciləri 7 fevral prezident seçkilərində aktiv iştirak etməyə və qələbəmizin memarı, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş zamanı çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə səs verəcəklərini bildiriblər.