YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər seçkisində qalib Liderə səs verəcəyik

Şamaxıda seçicilər ilə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Şamaxı rayonunun Nağaraxana, Talışnuru və Ərçiman kənd seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, şəhid anası Güllü Babaşova, təşviqat qrupunun üzvləri Eybalı Ağayev, Abı Həsənov, Fatmaxanım Quliyeva çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Son 20 il ölkənin dinamik inkişafı, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir.

Natiqlər ölkəmizin sülhpərvər, multikultural və tolerant ölkə olaraq bütün dünyada sayılıb-seçildiyini və çoxmillətli ölkə olaraq məscidlərin, kilsələrin, sineqoqların sərbəst fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını da diqqətə çatdırıblar.

Vurğulanıb ki, cənab İlham Əliyevin uzaqgörən siyasəti respublikamızı daim parlaq qələbələrə doğru aparır.

Seçicilər çıxışlarında cənab İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bildiriblər.