Xəbərlər
Sədərək rayonunun Heydərabad qəsəbəsində görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Sədərək rayonunun Heydərabad qəsəbəsində görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva, təşviqat qrupunun üzvləri Həsən Rzayev və Sudeyf Əhmədov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev Ümummilli Liderimiz Heydər Əliyevin yolunu qətiyyətlə davam etdirərək doğma Azərbaycanımızı qalib ölkəyə çevirib.
Natiqlər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazandığı böyük uğurlar barədə geniş məlumat verərək seçicilərin fevralın 7-də fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəyinə əminliklərini ifadə ediblər.
Seçicilər bu tərəqqinin davamına-cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.