Xəbərlər
Şəmkir rayonunda seçicilərlə görüşlər davam edir
2024-cü fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Şəmkir rayonunun Qapanlı, Yenabad və Ağlavaşlı kəndlərində görüşlər keçirilib.
Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, şəhid atası Qabil Əbdürrəhmanov, Vətən müharibəsi iştirakçısı Rauf Məmmədov, təşviqat qrupunun üzvləri Müsahib Zeynalov, Famil Həmidov, İlkin Musayev, Zamir Güvəndiyev, Samirə Kazımova, Ayaz Orucov və digərləri çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyev birinci dəfə Azərbaycan Prezidenti seçilərkən beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını öz siyasi proqramının ali məqsədi olaraq bəyan etmişdi. Bu gün bu siyasi proqram artıq reallaşıb. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün şəhər və rayonlarda seçki məntəqələri qurulacaq və səsvermə hüququ olan hər kəs bu prosesdə iştirak edə biləcək.
Çıxış edənlər “Zəfər seçki”sində də partiyamızın namizədi İlham Əliyevin qələbə qazanacağına əminliklərini ifadə ediblər.