Xəbərlər
Xalqın arzularını reallaşdıran Lider
Yardımlı rayonunun Gavran və Urakəran kəndlərində seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Yardımlı rayonu Gavran və Urakəran kənlərində seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, təşviqat qrupunun üzvləri Qabil Ağayev, Fərman Mustafayev, Tofiq Nəsirov çıxış ediblər.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasını müstəqillik tariximizin ən mühüm hadisəsi olduğunu vurğulayıblar. Bildirilib ki, bu səbəbdən də hazırkı dövr ölkəmizdə yeni mərhələnin və yeni nailiyyətlərin başlanğıcı kimi qiymətləndirilir. Bu seçkilər həm də onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkiləri keçiriləcək.
Natiqlər rayon seçicilərini yekdilliklə etimad göstərərək cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza qalibiyyət sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.