Xəbərlər
Oğuz rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-də Oğuz rayonu Qumlaq, Şirvanlı və Tayıflı kənd seçiciləri ilə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, təşviqat qrupunun üzvləri Aydın Babayev, Rövşən Ağababayev, Fərman İbrahimov, Ceyhun Kərimov, Pərviz Verdiyev, Yoməddin Fərhadov, Bəhruz Ağayev şəhid atası Həsən Abdullayev, şəhid xanımı İradə İsrafilova və şəhid qardaşı Səbuhi Hacıyev çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin son 20 ildə Azərbaycanın bütün sahələrini əhatə edən inkişaf yolundan bəhs olunub. Qeyd olunub ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. Daha sonra seçkilərin müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçirilməsi və cəmiyyət tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilməsi diqqətə çatdırılıb.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə, siyasi aktivlik göstərməyə, seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş Yeni Azərbaycan Partiyası Himninin sədaları altında yüksək əhval-ruhiyyədə başa çatıb.