YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı Prezident İlham Əliyevə minnətdardır

“Azərbaycanda 2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkiləri müstəqillik tariximizdə bir ilk olacaq, ölkəmizin bütün ərazisində seçkilər keçiriləcək.” Bu fikri Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib. O qeyd edib ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasının gündəliyində dayanan ən vacib məsələ növbədənkənar prezident seçkilərinə partiyanın prezidentliyə namizədinin irəli sürülməsi idi: “Məlum olduğu kimi Yeni Azərbaycan Partiyası xalqımızın iradəsini ifadə edərək Prezident İlham Əliyevin namizədliyini yekdilliklə təsdiqlədi. Çünki Prezident İlham Əliyev hakimiyyətdə olduğu 20 il ərzində verdiyi bütün sözlərə əməl etdi, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirdi. O, ərazi bütövlüyümüzü, suverenliyimizi təmin edərək bütöv Azərbaycanın memarı oldu, ölkəmizi və xalqımızı dünyaya tanıtdı. Buna görə də Azərbaycan xalqı Prezident İlham Əliyevə minnətdardır. Çünki məhz onun rəhbərliyi ilə əldə etdiyimiz uğurlar torpaqlarımızın tamamilə işğaldan azad edilməsi və bütün ərazilərimizdə dövlət suverenliyinin bərpa olunması ilə nəticələnib”.