YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabahımız və gələcəyimiz naminə düzgün qərar

Əli Həsənov

YAP Veteranlar Şurasının üzvü

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin dekabrın 15-də keçirilmiş genişləndirilmiş iclasında Yeni Azərbaycan Partiyasının Sədri İlham Heydər oğlu Əliyevin 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasından namizəd irəli sürülməsi haqqında yekdilliklə qərar qəbul olunmasını ölkəmizin tarixində ən əlamətdar hadisələrdən biridir. Bu, tarixi zərurətdən irəli gələn, dövlətimizin və xalqımızın gələcəyi ilə sıx bağlı olan olduqca vacib məsələdir.

Cənab İlham Əliyev həmişə qəbul etdiyi qərarlarla ictimai fikri qabaqlayıb və bütün gedən prosesləri özü şəxsən idarə edib.

Son 20 ildə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə əsrlərə bərabər inkişaf yolu keçib, dövlətimizin beynəlxalq müstəvidə nüfuzu nəzərəçarpacaq dərəcədə yüksəlib, xarici siyasət və beynəlxalq əlaqələrin coğrafiyası genişlənib, 200 illik erməni terroruna birdəfəlik son qoyulub, ərazi bütövlüyü təmin edilib, dünyada analoqu olmayan möhtəşəm iqtisadi uğurlara nail olunub. Bir sözlə, Azərbaycanın iqtisadi, siyasi, sosial və hərbi sahələrdə əldə etdiyi nəticələrin, həmçinin apardığı müstəqil siyasətin dünyada analoqu yoxdur.

Məhz buna görədir ki, Azərbaycanın dünyada baş verən qlobal məsələlərin həlli ilə bağlı təşəbbüsləri hamılıqla dəstəklənir, Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik, BMT-nin qlobal məsələlərə həsr edilmiş beynəlxalq tədbirlərinə evsahibliyi edir, apardığı sülhsevər siyasəti ilə tanınır və hörmət bəslənilir.

Xalqımız 30 il səbrlə mübarizə apardı, müqəddəs savaşa hazırlaşdı, 2020-cü ildə Prezident-xalq-ordu birliyi nümayiş etdirdi, Azərbaycan tarixinə şanlı Zəfər bayramı günü qızıl həflərlə həkk olundu. Bu gün Azərbaycanımız dünyada qalib ölkə, xalqımız mübariz, qəhrəman xalq, əsgərlərimiz igid, döyüşkən, yenilməz kimi tanınır.

Bütün bunları və seçki prosesindəki təcrübəmi nəzərə alaraq bildirirəm ki, qarşıdakı prezident seçkilərində seçicilərin fəallığı əvvəlki seçkilərdən daha yüksək olacaq.

Hesab edirəm ki, qarşıdakı pezident seçkilərinin nəticələri təkcə Azərbaycan, Cənubi Qafqaz, region üçün deyil, bütövlükdə türk dünyası, beynəlxalq aləm üçün əhəmiyyətlidir. Azərbaycanı daha irəli aparmaq, Qarabağımızı qısa zamanda dirçəltmək, ölkədə hərtərəfli inkişafı təmin etməklə bağlı nəzərdə tutulan layihələri davam etdirmək, sabitliyi, əmin-amanlığı qoruyub saxlamaq, xalqımızın rifahını daim yüksəltmək kimi həlli vacib məsələlər var. 

Daha xoş günlər hələ qabaqdadır. 4-cü sənaye inqilabına qədəm qoymuş ölkəmiz, digər sahələrdə olduğu kimi, bu sahədə də çox ölkələrə nümunə olacaq.