Xəbərlər
Ümumxalq qərarı, yaxud növbəti tarixi-siyasi zəfərə doğru...

Hikmət Babaoğlu
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
2024-cü il fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycanın siyasi tarixində olduqca mühüm bir tarixi hadisədir. Baş tutacaq bu siyasi –hüquqi hadisənin tarixiliyi ondadır ki, ilk dəfə olaraq Azərbaycan seçiciləri ərazi bütüövlüyü və suveren hüquqları bərpa edilmiş bir ölkənin vətəndaşları kimi seçkiyə qatılacaqlar. Bu hər bir azərbaycanlı üçün böyük qürur olmaqla bərabər həm də onların 30 illik arzularının gerçəkləşməsi hadisəsi olacaq. Ona görə də ümummilli mövqe baxımından bu seçki həm də zəfərimizin simvolu olan ilk seçki kimi yadda qalacaq. Tarixi zəfərimiz yeni reallıqlar yaratmaqla bərabər həm də yeni çağırışlar və vəzifələr də müəyyənləşdiribdir. Bu vəzifələr həm daxili və xarici siyasətimiz baxımından həm də bütövlükdə dövlətçiliyimizin daha da inkişaf etdirilməsi baxımından olduqca aktualdır. Çünki biz hərbi-siyasi qələbəmizi xalqımız üçün rifaha və inkişafa, dövlətimiz üçünsə yeni dünya nizamında onun söz sahibi olmaq hadisəsinə çevirməyi bacarmalıyıq. Şübhəsiz ki, bu məqsədləri realizə edə biləcək tək lider elə bu gerçəklikləri yaradan Prezident İlham Əliyevdir. Ona görə də ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının qəbul etdiyi qərar da elə ümumxalq qərarı hesab edilə bilər. Bu gün regionumuzda və dünyada baş verən olduqca mürəkkəb hərbi-siyasi proseslər kontekstində təkcə Azərbaycanın deyil bütövlükdə regionumuz və müttəfiqlərimizin təhlükəsiziliyini və maraqlarını qoruya biləcək lider məhz Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, Müzəffər Ali Baş Komndan İlham Əlyevdir.
Fevral ayının 7-si isə Müzəffər Ali Baş Komnadanımızın tarixi-siyasi zəfəri kimi yadda qalacaq.