YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın tələbi

Nazim İsmayılov

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü  

15 dekabr 2023-cü il tarixdə YAP-ın idarə heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qəbul edilmiş qərar ölkə vətəndaşları tərəfindən çox böyük rəğbətlə qarşılanmışdır. Verilmiş bu qərar əslində təkcə YAP-ın deyil, bütövlükdə Azərbaycan xalqının arzusudur.  Çünki Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi son 20 ildə Ulu Öndərin siyasi kursuna sadiq qalaraq Azərbaycanı dünyanın inkişaf etmiş ən qüdrətli dövlətlərindən birinə çevirmişdir.

Müstəqil, uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanın iqtisadi, hərbi qüdrətini yüksəklərə qaldırıb, əhalinin sosial rifah halını əsaslı şəkildə yaxşılaşdırıb. Bir zamanlar yuxu kimi baxdığımız, mütləq əksəriyyət tərəfindən həlli mümkün sayılmayan Qarabağ problemini uğurla həll edib. Cənab İlam Əliyev 30 il işğal altında qalan torpaqlarımızı özünün qətiyyəti, Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində düşmən tapdağından azad edərək ölkəmizin ərazi bütövlüyünü təmin edib. İndi də həmin ərazilərin  bərpası  istiqamətində geniş miqyaslı quruculuq işləri görülür.

Tam əminliklə deyə bilərəm ki, qədirbilən xalqımız 2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkisində fəal iştirak edəcək, ölkəmizin təhlükəsizliyinə, tərəqqisinə, işıqlı gələcəyinə səs verəcəklər.