YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Azərbaycan xalqının qərarı

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

2003-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etməsinə yekdilliklə səs verən xalqımız artıq qalib xalq olaraq dünyada tanınır. Qalib xalq statusunu almaq heç də asan olmadı. Xalqımızın Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi və həyata keçirilən düşünülmüş, uzaqgörən siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Bu gün Azərbaycan dünyada qalib ölkə olmaqla yanaşı, yüksək nüfuz sahibi və etibarlı bir tərəfdaşdır. Müstəqil siyasət yürüdən və güclü iqtisadiyyata malik olan ölkəmizin bütün uğurlarının təməlində Prezident İlham Əliyevin uğurlu siyasəti dayanır. Prezidentliyi müddətində cənab İlham Əliyev hər zaman xalqın yanında olub və ölkəmizin davamlı inkişafı üçün yorulmadan çalışıb.

Müasir dünyada baş verən siyasi prosesləri  proqnozlaşdırmaq bir qədər çətindir. Belə ki, davamlı olaraq çoxsaylı çağırışlar meydana çıxmaqdadır. Ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri də bu əsasda cərəyan edən hadisələrdən, həmçinin yaranmış yeni reallıqlardan irəli gəlir. Bu seçkilər həmçinin Zəfər Seçkiləri də adlandırılır. Ötən gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında çox mühüm bir qərar verildi. 7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərində partiyanın namizədinin cənab İlham Əliyev olduğu elan edildi. Bu qərar təkcə Yeni Azərbaycan Partiyasının qərarı deyil, həmçin qalib Azərbaycan xalqının qərarıdır. Çünki xalqımız öz qalib Sərkərdəsini bundan sonra da Prezident olaraq görmək istəyir. Xalqımız əmindir ki, müstəqil Azərbaycan məhz cənab İlham Əliyevin rəhbərliyi ilə daha da güclənək, inkişaf edəcək və özünün tərəqqisinə nail olacaqdır.