Xəbərlər
Onlar kimdən təlimat alıblar?
Muxtar Nağıyev
YAP Səbail rayon təşkilatının sədri
Dağıdıcı müxalifət ənənəvi ampluasından əl çəkmir. Bu gün ardıcıl olaraq həyata keçirilən genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirib. Müzəffər Ali Baş Komandan, ölkə Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik” dediyi fikriləri göstərir ki, siyasi iradə, qətiyyət və milli maraqlara xidmət hakimiyyətin əsas qayəsini təşkil edir.
Uğurlu islahatlar ölkəmizin bütün sahələrini əhatə etməsi əhali arasında böyük məmnunluq hissi yaradıb. İşğaldan azad edilən ərazilərin bərpası, zəruri infrastrukturun yaradılması və insanların yurd-yuvalarına qayıdışı istiqamətində görülən məqsədyönlü işlər Azərbaycanın böyük gücə və qüdrətə malik dövlət olduğunu göstərir. Əldə olunan uğurlardan müəyyən beynəlxalq dairələr, qurumlar, antiazərbaycan mərkəzləri və erməni lobbisi narahatlıq keçirir. Ona görə də vaxtaşırı olaraq bəzi qurumlar tərəfindən qərəzli qətnamələr qəbul olunur, erməni lobbisinin təsirində olan avropalı siyasətçilər ölkəmizin əleyhinə bəyanatlar verirlər. Təəssüf ki, Azərbaycanın dağıdıcı müxalifəti məkrli xarici qüvvələrlə və erməni lobbisi ilə eyni mövqe sərgiləyir.
AXCP sədri Əli Kərimli, “Milli şura”nın rəhbəri Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu və digərləri Azərbaycan dövlətinə və xalqına qarşı düşmənçilik siyasəti aparır, erməni revanşistlərinin mövqelərindən çıxış etməklə bir növ onlara dəstək olurlar. Bu da onu təsdiq edir ki, onlar üçün Vətənə məhəbbət, dövlətə hörmət mövcud deyil. Sadəcə ara-sıra “vətən təəssübü”, “millət sevgisi”ndən danışmaqla siyasi dividend əldə etməyə ümid bəsləyirlər. Dağıdıcı müxaliflərin fəaliyyəti siyasətçi adına ləkədir. Sosial şəbəkələrə yazdıqları yazılar, paylaşdıqları statuslar Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı hesablanıb. Bu da onu təsdiq edir ki, maddi və mənəvi dəstək gördükləri xarici maraqlı dairələrdən təlimatlar alıblar.
“Siyasi partiyalar haqında” Qanunla bağlı absurd iddialarla çıxış edən, ittihamlar səsləndirən Əli Kərimli AXCP-nin təkrar qeydiyyatdan keçiməsi məsələsində lazım olan 5 min imzanın toplanmasında ciddi problemlərlə üzləşmişdir. Çünki partiyanın sosial bazası mövcud deyil. Bu da cəmiyyətdə Ə.Kərimlinin rəhbərlik etdiyi AXCP-yə inamsızlıqdan irəli gəlir. Onlar ikinci dəfə çətinliklə də olsa, lazım olan qaydaları tərtib etdilər və nəticədə təkrar qeydiyyata alındırlar. Bunu dəyərləndirib təşəkkür bildirməkdənsə, ənənəvi formada qanuna qarşı qarayaxma kampaniyasını davam etdirlər. Bu, siyasətçi adına ləkədir.