YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Abdullayeva: “Mədəniyyət haqqında qanun mədəniyyət sahəsinin konstitusiyası hesab oluna bilər

« “Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu” belə demək mümkünsə, mədəniyyət sahəsinin konstitusiyasıdır. Qanunda bu sahəyə aid əsas müddəalar, prinsiplər yer alıb». Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, bu sənəd Azərbaycan Respublikasında dövlət mədəniyyət siyasətinin məqsəd və prinsiplərini, mədəniyyət fəaliyyəti subyektlərinin hüquq və vəzifələrini, mədəniyyət sahəsində hüquqi, təşkilati, iqtisadi və sosial təminatları müəyyən edir. Eyni zamanda, qanun mədəni sərvətlərin yaradılması, toplanması, tədqiqi, təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyir.

«Qanunda ilk dəfə yeni sahələr, məsələn, kulinariya sahəsi də milli mədəniyyətimizin tərkib hissəsi kimi təsbit edilib. Eyni zamanda, restitusiya – xaricdə olan milli mədəni sərvət nümunələrimizin imkan daxilində qaytarılmasının nəzərdə tutulmasını da yenilik kimi qeyd edə bilərəm. Digər yenilik isə yenə də milli mətbəx mədəniyyəti ilə bağlıdır. Bu sahə ilə əlaqədar biz qanun layihəsi hazırlamışıq. Bu da ilk belə layihədir. Mədəniyyət komitəsinin üzvləri bu layihəni mübət qarşılayıblar»- deyə, komitə üzvü qeyd edib. 

DİGƏR Xəbərlər Arxiv