Xəbərlər
Deputat seçicilərlə növbəti görüş keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev YAP Gəncə şəhər təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.
Seçicilərini ayrı-ayrılıqda qəbul edən deputat onların səsləndirdiyi müraciətləri dinləyib, vətəndaşları narahat edən problemlərlə tanış olub.
Müraciətlərin bir qismi yerindəcə həll olunub, bəziləri aidiyyəti qurumlara yönləndirilib. Naqif Həmzəyev ona ünvanlanan bütün müraciətləri nəzarətdə saxlayacağını, seçicilərini maraqlandıran və narahat edən məsələlərin həllinə köməklik göstərəcəyini bildirib.