Xəbərlər
Rövnəq Abdullayev: Avropa Oyunları ilə əlaqədar daxili tələbatı ödəmək məqsədilə ölkədə neft məhsullarının ixracı azaldılıb
Birinci Avropa Oyunları ilə əlaqədar daxili tələbatı ödəmək məqsədilə ölkədə neft məhsullarının ixracı azaldılıb.
Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.
O qeyd edib ki, ölkədə neft məhsullarının ixracı dayandırılmayıb. Bakıda keçiriləcək İlk Avropa Oyunları ilə əlaqədar yanacaq məhsullarına tələbat böyük olacaq.