Xəbərlər
Azərbaycanın xarici işlər naziri ATƏT-in fəaliyyəti başa çatmış Bakı layihə əlaqələndiricisi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Elmar Məmmədyarov Aleksis Şahtaxtinskinin fəaliyyəti müddətində Azərbaycan ilə ATƏT arasında əlaqələrin inkişafına töhfə verdiyini və praktiki əməkdaşlığa xidmət edən layihələrin icra olunduğunu qeyd edib.
Aleksis Şahtaxtinski fəaliyyəti dövründə Azərbaycan ilə ATƏT arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəmədiyini söyləyib.
Elmar Məmmədyarov Aleksis Şahtaxtinskiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.