YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyanın informasiya portalları Azərbaycanın Avropa üçün önəmindən yazır

İtaliyanın “Ghigliottina” və “Globalist” xəbər saytlarında Azərbaycanın Avropa üçün önəmindən, ölkəmizin ənənələrindən və müasirliyindən bəhs edən məqalə yerləşdirilib.

Yazı bu fikirlərlə başlayır: “Son illər Azərbaycan beynəlxalq səviyyədə debatların və müzakirələrin aparıldığı bir məkana çevrilib. Avropanı bu ölkə ilə daha sıx əlaqələr qurmağa mədəniyyət, enerji və idman kimi əsas amillər sövq edir”.

Azərbaycanın coğrafi mövqeyi barədə məlumat verilən məqalədə qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi bu ölkənin yeganə problemidir. Paytaxt Bakı bu gün Avropaya əvvəlki tarixi dövrlərdən daha yaxındır. İki milyondan artıq əhalisi olan bu əzəmətli şəhərin əsas zənginliyi onun tarixi abidələri, dənizkənarı parkı, müasir göydələnləri və qeyri-adi memarlıq nümunələridir. Bakının enerji ehtiyatları ilə zəngin olduğunu deyən müəllif vurğulayır ki, bu şəhər müasirliyi, qonaqpərvərliyi ilə diqqəti cəlb edir. Bakının təmiz və gözoxşayan küçələri ilə gəzən zaman hər kəs özünü Avropanın mərkəzində hiss edir.

Müəllif Bakının ən möhtəşəm tikililərindən olan Heydər Əliyev Mərkəzində keçirilmiş, müxtəlif ölkələrdən önəmli şəxslərin qatıldığı III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun möhtəşəm açılış mərasimdən bəhs edərək tədbirdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə yer verir.

Azərbaycan-İtaliya münasibətlərinə toxunulan yazıda bildirilir ki, ölkələrimiz arasındakı əlaqələr yüksək səviyyədədir. Belə ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. İtaliya hökumətinin TAP-ın icrası ilə bağlı yekun qərarı dəstəkləməsi, qarşılıqlı səfərlərin sayının artması bu münasibətlərə töhfə verir. Yazıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanovun fikirlərinə də yer verilir. O TAP-ı və TANAP-ı uğurlu layihələr kimi dəyərləndirir. Qeyd edir ki, İtaliyanın inkişafı baxımından da enerji layihələri mühüm əhəmiyyət kəsb edir.

Müəllif məqalədə, həmçinin “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı məlumat verir.

 

DİGƏR Xəbərlər Arxiv