YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belçika komandasının ilk Avropa Oyunlarında iştirakına həsr olunan mətbuat konfransı keçirilib

İyunun 2-də Belçika milli komandası Brüssel yaxınlığındakı Hofsteyddə yerləşən “Sportimonium” idman muzeyində mətbuat konfransı keçirib. Mətbuat konfransı iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək Belçika yığmasına həsr olunub.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Belçika nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən mətbuat konfransında həm də “Azərbaycan – İdman fotoobyektivdə” adlı fotomüsabiqədə seçilmiş və mükafat almış 65 fotoşəkilin eyniadlı sərgisi də təşkil olunub.

TEAS-ın Belçika nümayəndəliyinin rəhbəri Mark Vervilghen tədbirdə çıxış edərkən bildirib ki, TEAS Belçika komandasının “Bakı-2015” ilk Avropa Oyunlarında iştirakı ilə əlaqədar bu tədbiri dəstəkləməkdən qürur duyur. İdman Azərbaycanda böyük əhəmiyyətə malikdir və Azərbaycan mədəniyyətinin zəruri elementlərindən biridir. Avropa Oyunları Bakı üçün mühüm hadisədir. Bununla əlaqədar şəhərdə stadion və arenaların tikintisi aparılıb.

Mark Vervilghen daha sonra deyib ki, bu gün siz həm də “Azərbaycan - İdman fotoobyektivdə” müsabiqəsinin qalibi olmuş fotoları seyr etmək imkanı əldə edirsiniz. Bu əsərlər 10 ölkədən olan 50 fotoqrafın təqdim etdiyi fotoların arasından seçilib. Müsabiqənin münsiflər heyəti - “World Press Photo” mükafatının qalibi Ed Kaşi, tanınmış almaniyalı fotoqraf Filip Ratmer və Azərbaycanın aparıcı fotoqrafı Aqdes Bağırzadə idi. O, bir belçikalı kimi Belçika komandasına Bakıda uğurlar arzulayıb.

Belçika komandası nümayəndə heyətinin rəhbəri Gert Van Looy də tədbirdə öz fikirlərini bölüşərək qeyd edib ki, son iki ay ərzində Bakı-2015 Avropa Oyunlarına diqqət daha da artıb. Çoxlu belçikalı idmançı bu oyunlarda iştirak üçün vəsiqə qazanıb və onların göstəricisi çox yüksəkdir. İdman növlərinin bəziləri Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak etmək imkanı verəcək.

O, bu yaxınlarda üç məsələ ilə əlaqədar Bakıda səfərdə olduğunu, orada baş verən hazırlıq işlərindən çox razı qaldığını dilə gətirib. Bütün stadion və arenalar ən yüksək standartlara uyğun şəkildə qurulub və yarışlara başlamağa hazırdır. Bu oyunlar ilk dəfədir keçirilir. Gert Van Looyun sözlərinə görə, orada iştirak edəcək digər komandaların idmançılarının kvalifikasiyasını əvvəlcədən qiymətləndirmək çətindir. Bununla belə biz gimnastika, basketbol, cüdo, voleybol, velosiped sürmə və taekvondo kimi idman növlərində yaxşı göstəricilərə ümid edirik. Əgər “Bakı-2015”də uğur qazansaq, bu oyunların dəyəri o zaman daha da artacaq ki, ikinci oyunlar Niderlandda keçiriləcək.

Belçika komandasının ictimaiyyətlə əlaqələr rəhbəri Luk Rampaer bildirib: “Oyunlara ev sahibliyi etmək üçün Bakıda sadəcə iki il ərzində qazanılan uğurlar inanılmazdır. Biz 16 idman növü üzrə müsabiqədə iştirak etmək üçün 117 idmançı aparırıq. Belçika nümayəndə heyəti məşqçilər və fizioterapevtlər də daxil olmaqla 190 nəfərdən ibarət olacaq.

Nümayəndə heyətinin tərkibində London-2012 Yay Olimpiya Oyunlarının iki medalçısı da olacaq - cüdoçu Charline Van Snick və atıcı Lionel Kox. Avropa Oyunları beynəlxalq idman təqviminə edilən mühüm əlavədir ki, bunun sayəsində insanlar iqtisadi əlaqələr vasitəsilə deyil, sırf insani münasibətlər müstəvisində bir araya gəlirlər”.

 

DİGƏR Xəbərlər Arxiv