Xəbərlər
Nəsimi rayonunda Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirilib
Nəsimi rayonunda ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və gənclər iştirak ediblər.
Çıxış edənlər Ümummilli Liderin böyük xilaskarlıq rolundan, müasir, müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb və onun mədəniyyət işçilərinə həmişə böyük diqqət və qayğı göstərdiyini vurğulayıblar.
Tədbir Bakı Musiqi Akademiyasının tələbələrinin hazırladıqları bədii hissə ilə davam edib.