Xəbərlər
Cəbrayıl rayonunun işğaldan azad olunması ilk sevinc müjdəsi idi
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
30 ilə yaxın vaxtda Erməni Silahlı Birləşmələrinin işğalı altında qalan torpaqlarımız nəhayət ki azaddır. 27 il əvvəl işğal olunmuş rayonlarımızdan biri Cəbrayıl rayonudur. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 27 sentyabr 2020- ci il düşmən hücumuna əks cavab verərək ağır zərbələr endirən Azərbaycan Ordusu bütün cəbhəboyu əks hücuma keçdi. Yağı düşmən bütün istiqamətlərdə darmadağın edildi. Nəhayət ki, 30 il dünyada saxtakarcasına yaradılan erməni mifi dağıdıldı, tarixin zibilliyinə atıldı. 30 il bir milyondan artıq soydaşımızı doğma yurdundan didərgin salan xain düşmənlə yanaşı onun havadarlarının da başı əzildi. Mənəvi cəhətdən məhv edildi. Kagız üzərində qalan BMT qətnamələrin Rəşadətli Azərbaycan Ordusu reallaşdırdı. Qızgın döyüşlərdə düşmən çox sayda canlı qüvvə və hərbi texnika itirdi. Qısa zamanda qələbə xəbərləri gəldi. İlk azad olunan ərazi Cəbrayıl rayonu oldu. Elə ilk qayıdış da Cəbrayıldan başladı. Cocuq Mərcanlıya böyük sevinc hissi ilə qayıdan sakinlərin hisslərin nə ilə əvəz etmək olar ki? Artıq doğma yurdunda, tarixi və əzəli torpağında həyata davam etdilər Cəbrayıl rayonunun Cocuq Mərcanlı sakinləri. Artıq Cəbrayıl rayonunun işğaldan azad olunmasından 2 il vaxt ötür. Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti ilə digər işğaldan azad olunmuş ərazilər kimi Cəbrayıl rayonu da yenidən qurulur. Müqəddəs tarixi, dini, mədəni abidələrimiz yenidən bərpa edilir. Cəbrayıl sakinlərinin öz doğma yurdlarında təhlükəsiz firəvan, dayanıqlı məskunlaşmaları üçün dövlətimiz tərəfindən geniş miqyaslı işlər görülür. Artıq bütün dünyanın diqqəti Azərbaycandadır. Ölkəmiz diplomatik, siyasi, iqtisadi, istərsə də hərbi sahədə böyük uğurlara imza atıb.