Gündəm
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının və müttəfiqliyinin dünyada bənzəri yoxdur
Xüsusi qürur hissi ilə qeyd edə bilərik ki, “Bir millət iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının və müttəfiqliyinin dünyada bənzəri yoxdur.
Bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyənin Zəfər Bayramı münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana göndərdiyi təbrik məktubunda yer alıb.
Məktubda dövlətlərarası münasibətlərimizin gündən-günə genişlənməsinin və yeni məzmunla zənginləşməsinin məmnunluq doğurduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Əminəm ki, tarixən bir-birinə dəstək və dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimizin möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da dərinləşməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.