YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaz Həşimova: Heydər Əliyevin xilaskarlıq missiyası qazanılan zəfərlərin təməlidir

Almaz Həşimova

YAP Füzuli rayon təşkilatının sədri 

“Ümummilli Lider Heydər Əliyevin Azərbaycana 34 illik rəhbərlik dövrü Azərbaycan tarixinin ən mühüm inkişaf mərhələsi olub və eyni zamanda, Azərbaycanın bugünkü uğurları Heydər Əliyev tərəfindən müəyyən edilmiş tarixi və fenomenal strategiyasının bariz təntənəsidir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad edərək Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu yerinə yetirdi, Ata vəsiyyətini reallaşdırdığını vurğuladı və bu, həm də bütöv bir xalqın qüruru oldu”. Bu fikirləri YAP Fizuli rayon təşkilatının sədri Almaz Həşimova deyib.

Almaz Həşimova bildirib ki, Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi və xahişi ilə ikinci dəfə hakimiyyətə gələrkən qarşısına ən əsas missiyasını – xilaskarlıq missiyasını həyata keçirməyi qoymuşdu: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizdə tüğyan edən ictimai-siyasi böhran zamanı 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdaraq dövlətin müstəqilliyini qorunması, xalqın düşdüyü dəhşətli böhran vəziyyətindən çıxarılması funksiyasını yerinə yetirməsi faktoru bu gün qazanılan qələbə və zəfərlərin məntiqi əsasıdır. Əbəs deyil ki, Mili Məclisin 27 iyun 1997-ci il tarixli qərarı ilə 15 iyun günü Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edildi və məhz Onun müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, siyasi-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikamızın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatımızda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycan dünya birliyinə inteqrasiyaya başladı”.

“Lakin Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən ən əsası müasir Azərbaycan Ordusunun qurucusu olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu Heydər Əliyevin şah əsərlərindən biridir. Milli ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki, bu dəyər başlanğıcını hələ Sovetlər dönəmindən götürürdü. Müstəqil olmadığı zaman Azərbaycanın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, zəngin hərb tarixinin canlandırılması, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi, sərkərdələrin və görkəmli hərbi xadimlərin şərəfli yolunun davam etdirilməsi Heydər Əliyevin hər zaman diqqət mərkəzində olmuşdur. Sovet dönəmində milli zəmində aparılan hərbi-təşkilati işlərin zirvəsi Azərbaycanda general Cəmişid Naxçıvanski adına hərbi liseyin açılması oldu. Məhz bu təhsil ocağını bitirən çoxlu sayda gənc müdavimlər buğunun generalları və ali rütbəli zabitləridirlər. Bu baxımdan, əminliklə deyə bilərik ki, 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində parlaq qələbə qazanan Şanlı Azərbaycan Ordusunun formalaşmasında bu təhsil ocağının məzunları böyük rol oynayıblar. Əlbəttə ki, bu reallıqlar bizlərin hər birində sonsuz fəxarət hissləri yaradır”. -deyə, Almaz Həşimova qeyd edib.

Daha bir danılmaz reallıq budur ki, Azərbaycanın inkişaf və tərəqqi yolunu davam etdirməsi 2003-cü ildən başlayaraq sonrakı illəri əhatə etməsidir”, deyən Almaz Həşimovanın sözlərinə görə, cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçildiyi vaxtdan Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı, həyata keçirdiyi düşünülmüş və balanslaşdırılmış siyasi kursu ilə Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir: “Xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları xalqımızın tarixi keçmişinin, müstəqillik tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin qətiyyəti sayəsində, həmçinin regionda, eləcə də dünyada cərəyan edən proseslərdəki xarizmatik liderlik faktoru nəticəsində Azərbaycanın dövət müstəqilliyi daha da möhkəmləndirilib və dövlətçiliyimizin əsasları ən münbit təməllərə söykənməkdədir”.

“Əgər bu gün Prezident İlham Əliyevin Liderilk faktoru islahatlara, xalqa xidmətə, torpaqlarımızın işğaldan azad edilməsinə əsaslanırsa, bu missiyanın Heydər Əliyev missiyasının məntiqi davamı kimi də qiymətləndirə bilərik”. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç bir vaxt bu qədər güclü olmamışdır: “44 gün davam edən Vətən Müharibəsində Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ölkədə həyata keçirilən siyasi və iqtisadi islahatlar, sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar nəticəsində, Azərbaycan dünyaya Günəş kimi doğmuşdur. Bir vaxtlar Ulu Öndər Heydər Əliyev bu kəlamlarını önə sürmüşdü - “Vaxt gələcək Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Bəli, bizlər həmin günlərimizi yaşayırıq və Azərbaycanımızın qüdrətlənməsindən, güclənməsindən qürur duyuruq və bir daha əmin oluruq ki, Ulu Öndərimizin tarixi missiyası çağdaş dünyamızın inkişaf və tərəqqisi üçün nə qədər nəhəng işləri gerçəkləşdirib və bu gün həmin missiya xalqımızın Lideri, Prezident İlham Əliyev tərəfindən yaşadılır, inkişaf etdirilir”.- deyə, YAP Fizuli rayon təşkilatının sədri bildirib.