Xəbərlər
Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Əsası Ulu Ondər tərəfindən qoyulan Azərbaycan Ordusu gündən-günə inkişaf edir, modernləşir. Bu gün Azərbaycanda ordu quruculuğu prosesi çox uğurla gedir və bu, bizə imkan verir ki, hərbi gücümüzü artıraq. Ordu quruculuğu hər bir ölkə üçün çox önəmli məsələdir. Xüsusilə müharibə şəraitində yaşayan ölkə üçün bu, prioritet olmalıdır. Bu, belədir və Azərbaycanda ordu quruculuğu ən prioritet məsələdir. Bu gün Azərbaycan Ordusunun səviyyəsi çox yüksək zirvədədir.
Orduda peşəkarlıq, döyüş qabiliyyəti artır, ruh yüksəkliyi vardır. Eyni zamanda, ordumuzun maddi-texniki bazası möhkəmlənir və son illərdə bu işlərdə çox böyük addımlar atılmışdır.
Son illərdə Azərbaycanda aparılan iqtisadi siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadi cəhətdən güclü dövlətə çevrilir. Azərbaycanda son bir neçə il ərzində iqtisadi inkişaf dünya miqyasında ən yüksək templərlə ölçülür və bu, bizə imkan verir ki, həyatımızın bütün sahələrində lazımi tədbirləri görək.
Azərbaycanda nəinki hərbi büdcə, bütün başqa məsələlərin həlli üçün əlavə vəsait ayrılır. Azərbaycan ilk növbədə, hərbi xərclərə daha da böyük diqqət göstərir. İqtisadi güc artdıqca, əlbəttə ki, ölkənin dünyadakı, bölgədəki mövqeləri də güclənir. Azərbaycan bu gün böyük hörmətə malik olan bir ölkədir və bölgədə mövqelərimiz möhkəmdir.
Möhtərəm Prezidentimizin Azərebaycanın Ordusunun gücləndiilməsi , modernləşdirilməsi sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, Rəşadətli Azərbaycan Ordusu uzun illər düşmən əsarətində olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində geri qaytardı. Bu gün dünyanın bir çox dövlətləri Azərbaycan Ordusunun apardığı döyüşlərindən, onun taktikasından istifadə edir.
Yaşasın Rəşadətli Azərbaycan Ordusu!