Xəbərlər
Elman Nəsirov: Ermənilər məqsədlərinə çatmayacaq
«İrəvanda qondarma «erməni soyqırımı ilə bağlı keçiriləcək tədbirə bir çox dövlətin birinci və ikinci dərəcəli şəxsləri dəvət edilib. Amma ölkələrin çoxu bu tədbirə gəlməyəcəyini bildirib. Ermənilər məqsədlərinə çatmayacaq». Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, Roma Papasının da tədbirə qatılmaqdan imtina etməsi katolik dünyasına, katolik dünyasının dövlət başçılarına bir ismarcdır ki, onlar da həmin tədbirdə iştirak etməsin. Onun sözlərin əgörə, ermənilər tək aprelin 24-də deyil, bütün il boyu soyqırımı tədbirləri keçirmək istəyir.
«Türkiyədə Çanaqqala zəfərinin 100 illiyinə də dünya liderləri dəvət edilib. Bu tədbirin özü Ermənistanın 100 illiklə bağlı planlarını alt-üst edib. Eyni zamanda, Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları da həmin planı alt-üst edəcək. Yayda dünyanın, Avropanın gözü Azərbaycanda olacaq, Azərbaycandakı inkişafın şahidi olacaqlar. Hesab edirəm ki, Çanaqqala zəfərinə həsr edilmiş tədbir və Avropa oyunları soyqırımla bağlı tədbirə güclü zərbədir. Bu Türk dünyası həqiqətlərinin dünyaya çatdırılmasında mühüm bir hadisədir»- deyə, politoloq qeyd edib.