YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Ermənistanın çıxış yolu Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri yaratmaqdır

«Ermənistan Dağlıq Qarabağı və ətraf yeddi rayonu azad etməli və Türkiyəyə qarşı qondarma “soyqırım” iddialarından əl çəkməlidir. Bunlar baş verərsə, ermənilər normal vəziyyətdə yaşaya bilərlər. Başqa çıxış yolları yoxdur. Yəni ermənilərin içərisində də obyektiv, ağıllı düşünənlər, baş verən prosesləri düzgün analiz etməyə qadir olanlar var».  Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, həmin ermənilər bugünkü vəziyyəti analiz edərək görürlər ki, Ermənistanın normal bir dövlət kimi mövcud olması, yaşaması üçün yeganə çıxış yolu qonşuları, xüsusilə də Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri yaratmaqdır. Onun sözlərinə görə, Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdən yeganə çıxış yolu budur.

«Bu gün Ermənistan səfalət, dilənçi vəziyyətində yaşamağa düçar olub. Bu vəziyyətdən çıxış yolu isə işğal olunmuş torpaqlarımızı azad etmək, Azərbaycan və Türkiyə ilə normal qonşuluq yaratmaqdan keçir. Əlinə ağ bayraq götürüb Azərbaycan tərəfə keçən gənc erməni əsgəri  hərəkəti ilə bütün ağlı yerində olan ermənilərə müraciət etdi ki, ən düzgün yol budur. Yəni, siz terrorçu, işğalçı, cinayətkar köçəryanların, sarkisyanların, zori balayanların küyünə gedib özünüzü bədbəxt etməyin, düz yola qayıdın. Bu hərəkət gənc erməni əsgərinin xalqına verdiyi mesaj idi»– deyə, E. Məmmədov qeyd edib. 

 

DİGƏR Xəbərlər Arxiv