YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatı ərazi partiya təşkilatının hesabat seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatı “Həsən Əliyev 135A” ərazi partiya təşkilatının növbəti hesabat seçki yığıncağı keçirilib. İclasda YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, təşkilatın əməkdaşları, Bakı Avrasiya Universitetinin rəhbər və müəllim heyəti iştirak ediblər.

Bakı Avrasiya Universitetinin prorektoru Səyavuş Qasımovun təqdim etdiyi hesabatda statistik icmal, təşkilatda təmsil olunan müəllimlərin, texniki işçilərin, qadınların və gənclərin say nisbəti, onların fəallıq əmsalı, Bakı Avrasiya Universitetinin struktur bölmələri üzrə təşkilat üzvlərinin faiz indikatoru, habelə islahatlar çərçivəsində ƏPT-nin fəaliyyətinin təkmilləşdirilməsinə və səmərəliliyinin təmin edilməsinə istiqamətlənmiş yeniliklər barədə ətraflı məlumat verilib. Bildirilib ki, təşkilat öz fəaliyyətini əsasən YAP-ın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət və partiya tədbirlərindəki nitqlərində səsləndirdiyi müddəaların, habelə partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurub.

İclasda çıxış edən ərazi partiya təşkilatinin üzvləri, Ulu Öndər Heydər Əliyevin mütərəqqi ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salıb və  ölkəmizin qazandığı uğurlardan danışıblar. Yığıncaqda ərazi partiya təşkilatının işi yüksək qiymətləndirilib.

Sonra təşkilati məsələlərə baxılıb, Kamil Məhəmmədli təşkilatın sədri, Zəhra Rəsulova isə  sədr müavini seçiliblər.

“Həsən Əliyev 135A” küçəsi üzrə ərazi partiya təşkilatının hesabatı və fəaliyyəti YAP Nərimanov rayon təşkilatı tərəfindən qənaətbəxş hesab edilib. Sonda YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev yeni seçilmiş sədr və müavinləri təbrik edərək, işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.