Xəbərlər
Nuşirəvan Məhərrəmov: Azərbaycanın teleradio məkanında mövcud vəziyyəti qənaətbəxş sayırıq
«Biz hazırki şəraitdə Azərbaycanın teleradio məkanında mövcud vəziyyəti qənaətbəxş sayırıq». Bu fikri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov deyib.
N.Məhərrəmov bildirib ki, ölkə telekanallarında daha keyfiyyətli verilişlər təqdim olunması zəruridir. Onun sözlərinə görə, dünyada baş verən proseslər, xüsusilə iqtisadi böhranla bağlı vəziyyət reklam bazarına böyük təsir edib. Bu mənada hesab edirəm ki, hər dəfə televiziyaların üzərinə getməkdə doğru deyil”.
«Yeni telekanalların açılışına gəlincə, bu, bir prosesdir. Təbii ki, zərurət yaranarsa, yeni telekanallar açıla bilər. Hesab edirəm ki, hazırda Azərbaycanda kifayət qədər televiziya kanalları fəaliyyət göstərir»- deyə, N.Məhərrəmov vurğulayıb.