YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Azərbaycan regional sülhün təminatçısı və beynəlxalq dialoq mərkəzidir"

Yeni Azərbaycan Partiyasının (YAP) Göygöl rayon təşkilatının Xaqani kənd ərazi partiya təşkilatında “Azərbaycan regional sülhün təminatçısı və beynəlxalq dialoq mərkəzidir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə etdiyi uğurlardan və Prezident İlham Əliyevin xalq qarşısındakı xidmətlərindən danışıb.

O bildirib ki, ölkə başçısının həyata keçirdiyi siyasət dövlətçiliyin möhkəmlənməsinə və vətəndaşların rifahının yüksəlməsinə xidmət edir.

Vüqar İsayev qeyd edib ki, Azərbaycan regionun lider dövləti kimi Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradaraq beynəlxalq dialoq mərkəzinə çevrilib. O, XIII Qlobal Bakı Forumunun ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb, qlobal miqyasda baş verən münaqişələr, siyasi gərginliklər və yeni təhlükəsizlik çağırışlarının dövlətlər qarşısında daha məsuliyyətli vəzifələr qoyduğunu diqqətə çatdırıb. Təhlükəsizlik, sabitlik və müdafiə məsələlərinin hər bir ölkənin siyasətində prioritet istiqamətlərdən biri olduğu bildirilib.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, regionda sülh gündəliyini irəli sürməsi və qlobal dəyişikliklər fonunda sülh və təhlükəsizlik modeli formalaşdırması xüsusi vurğulanıb.

Tədbirdə ərazi partiya təşkilatının sədri Natiq Cəfərov, partiya fəalları Validə Mustafayeva, Məryəm Məmmədova və digərləri Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın gücünün, nüfuzunun və beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini qeyd ediblər.

Sonda təşkilati məsələlərə baxılıb və Rzayev Rahib Raquf oğlu ərazi partiya təşkilatının sədr müavini seçilib.