Xəbərlər
Səfir: ABŞ Azərbaycanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasındakı rolunu yüksək qiymətləndirir

ABŞ Azərbaycanın regionda uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunmasındakı rolunu yüksək qiymətləndirir. Rəsmi Vaşinqton, eyni zamanda, Azərbaycan tərəfinin saxladığı 15 Ermənistan vətəndaşını sərbəst buraxmasını alqışlayır.
Bu sözləri ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə açıqlamasında söyləyib.
Diplomat Gürcüstanın regiondakı proseslərdəki rolunu yüksək qiymətləndirib. Bildirib ki, bu addımlar regionda sabitliyin təminatına və tərəqqiyə xidmət edir. Bu, həm də Cənubi Qafqaz ölkələrinin birgə çalışmaqla nə əldə edə biləcəklərinin göstəricisidir.