Xəbərlər
Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib
Xocalıda 29 il əvvəl azərbaycanlı qardaşlarımızın vəhşicəsinə qətlə yetirilməsinin kədərini qəlbimizdə yaşatmağa davam edəcəyik.
Bu sözlər Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” sosial şəbəkə hesabında edilən paylaşımda əksini tapıb.
Paylaşımda, həmçinin deyilir: “Körpə uşaqları belə qətlə yetirən caniləri isə unutmadıq, unutmayacağıq! Xocalıda şəhid olan bütün soydaşlarımıza Allahdan rəhmət diləyirik”.