Xəbərlər
Prezident İlham Əliyev Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzaladı.
Sərəncama əsasən, Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi.