Xəbərlər
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edəcək
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/131e1d56f72933e2583e9825facd7307.jpg&w=360)
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin sədri general Knut Bartelsin dəvəti ilə Alyansın yanvarın 21-də keçiriləcək toplantısında iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüssel şəhərinə yola düşüb.
NATO-nun "Qətiyyətli Dəstək" Missiyasına töhfə verən ölkələrin qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə Əfqanıstandakı siyasi vəziyyət, əməliyyat şəraitindəki dəyişikliklər, onların Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə təsiri və s. mövzular ətrafında müzakirərlər aparılacaq.