Xəbərlər
Hərbçilərimiz beynəlxalq təlimlərdə təcrübələrini artıracaqlar
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 19-dan 23-dək Almaniyanın Hohenfels şəhərində "Combined Resolve-4" təliminin əsas planlaşdırma konfransı, yanvarın 19-dan 30-dək Rumıniyanın paytaxtı Buxarest şəhərində “Təhlükəsizlik siyasəti və Avropaya inteqrasiya” üzrə ixtisasartırma kursu, yanvarın 19-dan fevralın 13-dək isə Böyük Britaniyanın Kollinqvud şəhərində zabitlər üçün “Eksklüziv iqtisadi zonanın mühafizəsi” kursu keçiriləcək.
Hər üç tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.