YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədərəkdə Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Sədərək rayonunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Heydərabad qəsəbəsinin mərkəzi meydanında ucaldılmış abidəsi ziyarət edilib, önünə tər güllər düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi ehtiramla yad edilib.

YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında barədə danışıb. A.Qasımov Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışının ölkənin taleyində dönüş nöqtəsi olduğunu deyib. O qeyd edib ki, Ulu Öndərin uğurlu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra şəhid ataları Hümbət Rzayev, İlham Abdullayev, partiya veteranları  Həsən Nəsirov və Sultan Rzayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi və misilsiz xidmətləri, dövlətçiliyin qorunması istiqamətində həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti, ölkəmizin hərtərəfli inkişafı ilə bağlı gördüyü işlərdən danışıblar.

Qeyd edək ki, Sədərək rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi də təşkil olunub.