Xəbərlər
Əli Abbasov: "Azerspace-1" gələn ildən gəlir gətirməyə başlayacaq
"Azerspace-1" telekommunikasiya peyki 2016-cı ildə öz xərcini tam çıxaracaq.
Bu barədə jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. /Trend/
Onun sözlərinə görə, hazırda peykin köməyi ilə göstərilən xidmətlərin kommersiyalaşdırılması üzrə fəal işlər aparılır.
Nazir deyib: "Əgər 2013-cü ilin birinci yarısının nəticələrinə görə, peyk operatoru tərəfindən cəlb edilən kredit vəsaitlərinin 50 faizi ödənilibsə, bu gün həmin göstərici 75 faizə çatıb. Peyk 2016-cı ildən öz xərcini tam çıxaracaq və gəlir gətirməyə başlayacaq”.