Xəbərlər
YAP Nəsimi rayon təşkilatı Silahlı Qüvvələrə Yardım Fonduna 4 min 275 manat vəsait köçürüb
Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı partiyanın Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasına qoşulmuşdur.
Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızının məlumatına görə, rəhbərlik etdiyi qurum bu vətənpərvər aksiyaya qoşularaq Silahlı Qüvvələrə Yardım Fonduna 4 min 275 manat vəsait köçürüb.