YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Əfv, amnistiya, insanların səhvlərinin və xətalarının bağışlanılması Azərbaycan dövlətinin siyasətinin əsas tərkib hissəsidir

“Əfv, amnistiya, insanların səhvlərinin və xətalarının bağışlanılması müstəqil Azərbaycan dövlətinin və dövlət rəhbərliyinin insanpərvərlik, humanizm siyasətinin əsas və başlıca tərkib hissəsidir. İllərdir ki, bu siyasət aparılır və bundan sonra da aparılacaq, davam etdiriləcək. Səhvə, xətaya, cinayətə yol vermiş və hərəkətlərindən səmimi şəkildə peşman olmuş, necə deyərlər, məhkumluq həyatlarında özləri-özlərini islah etmiş məhkumlar, məhbuslar bağışlanılır, əfv edilir, amnistiya aktlarına, əfv siyahılarına salınır, daxil edilir və bu proses bundan sonra da davam edəcək”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, bu siyasətin əsası  Ümummilli Liderimiz  Heydər Əliyev tərəfindən qoyulub, Onun siyasətinin layiqli davamçısı-müdrik Prezidentimiz cənab İlham Əliyevin hakimiyyəti dövründə də uğurla davam etdirilib və etdirilməkdədir: “Çox sevindirici və əlamətdar haldır ki, bu prosesə töhfə verən insanlardan, şəxsiyyətlərdən biri də ölkənin Birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Hələ Mehriban xanım Əliyeva 12 illik deputatlıq fəaliyyəti dövründə bir neçə dəfə amnistiya təşəbbüsü ilə çıxış edib, onun təşəbbüsləri ali qanunverici orqan-Milli Məclis tərəfindən yekdilliklə dəstəklənib, nəticədə də yüzlərlə, minlərlə insan amnistiyaya düşüb, ailələrinə, əzizlərinə qoşuşub, on minlərlə insanın sevincinə sevinc qatılıb. Hesab edirəm ki, bundan böyük humanizm, bundan böyük insanpərvərlik ola bilməz. Budur əsl insanpərvərlik, budur əsl insansevərlik, budur əsl humanizm, budur əsl mərhəmət və rəhm! Özü də bu keyfiyyətlər, bağışlamaq, əfv etmək böyüklüyü, rəhm, mərhəmət heç də hər bir siyasi liderə, dövlət xadiminə xas olan cəhətlər və keyfiyyətlər deyil.  Yalnız müdrik və ədalətli liderlər, dövlət xadimləri və rəhbərləri bu keyfiyyətlərin daşıyıcıları olurlar”.

Millət vəkili təəssüflə qeyd edib ki, yenə də bəziləri siyasi oyunlarından və oyunbazlıqlarından əl çəkmir, dar, çılız maraqlarından çıxış edir, ölkə Prezidentinin son Əfv Sərəncamını kölgə altına salmaq, onun ətrafında mənasız şou yaratmaq istəyirlər: “Amma alımır, necə ki indiyə kimi alınmayıb və bundan sonra da alınmayacaq. Cəmiyyət kimin kim olduğunu yaxşı bilir və anlayır”.