YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Radikal müxalifətin cəmiyyətimizdə heç bir dayağı yoxdur və bundan sonra da olmayacaq

“Hazırda dünya ölkələrində koronavirus pandemiyasına qarşı geniş şəkildə mübarizə aparılır. Hər bir dövlət bu təhdidə qarşı səfərbər olunub. Azərbaycanda da  bu qlobal problemlə ciddi şəkildə mübarizə gedir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, koronavirusun fəsadlarının azaldılması və ən əsası, əhalinin sağlamlığının qorunması üçün vacib tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, bu məsələ Prezident İlham Əliyevin ciddi nəzarəti altındadır. Azərbaycan hökuməti   ölkə əhalisinin sağlamlığının qorunması, iqtisadi sabitliyin pozulmaması üçün lazımi addımları atır.

“Əlbəttə ki, bu çətin vəziyyətdən çıxmaq üçün birlik və həmrəyliyimiz vacib şərtdir. Amma təəssüflər olsun ki, belə bir vaxtda radikal müxalifət ölkəmizdə yenə də, pozuculuq fəaliyyəti ilə məşğul olur. Radikallar, “beşinci kolon” bu dəfə də koronavirus infekasiyasından öz məqsədləri üçün istifadə etməyə çalışır. Radikal müxalifət üçün pandemiya mövzusu yeni “imkanlar açıb”. Belə ki, onlar bu bəldan istifadə edərək ölkədə sabitliyi pozmağa cəhd göstərir. Bütün dünyada pandemiya ilə bağlı qaydalar tətbiq olunur, Avropanın ən inkişaf etmiş ölkələrində xüsusi karantin rejimi tətbiq edilir, bu qaydaları pozan yüksək məbləğdə cərimə edilirlər. Belə bir şəraitdə Azərbaycanda da karantin rejiminin tətbiq olunması çox düzgün addımdır. Lakin radikallar, “5-ci kolon” bu addımlara öz məntiqləri ilə hüquq və azadlıqların məhdudlaşdırılması kimi yanaşırlar. Əlbəttə ki, bu iddiaların heç bir əsası yoxdur. Çünki bütün dünyanın bu bəlaya qarşı mübarizəyə səfərbər olunduğu bir vaxtda ölkəmizdə radikalların məlum mövqeyi tamamilə yanlışdır, həm də gülüncdür. Bu fakt bir daha təsdiqləyir ki, radikal müxalifətin, “Milli şura” deyilən qurumun Azərbaycan xalqına heç bir aidiyyatı yoxdur. Onlar hətta bütün əhali üçün böyük təhlükə mənbəyi olan koronovirus infeksiyasından öz çirkin məqsədləri üçün istifadə etməkdən çəkinmirlər. Açığı, onların proseslərə məlum yanaşması vətəndaş kimi mən də  belə bir təəssürat yaradır ki, radikal müxalifət təmsilçiləri öz məntiqlərində koronovirusa yoluxublar. Azərbaycan xalqı bu ünsürləri çoxdan rədd edib və belələrinə ölkəmizin siyasi səhnəsində yer yoxdur. Eləcə də, xaricdəki antiazərbaycançı qüvvələrin əlində alət, “oyuncaq” olan sapı özümüzdən olan baltalara cəmiyyətimizdə böyük nifrət var. Çünki erməni lobbisinin pulu ilə öz dövlətinə qarşı şər və böhtan kampaniyası aparanlara münasibət belə olmalıdır. Onlar hər hansı iddia, “bəyanat” səsləndirərkən yalnız özləri deyib-özləri eşidirlər. Cəmiyyətimizdə onların heç bir dayağı yoxdur və bundan sonra da olmayacaq”-deyə, deputat vurğulayıb.