Xəbərlər
YAP illik maliyyə hesabatını MSK-ya təqdim etdi
Yeni Azərbaycan Partiyası 31 dekabr 2019-cu il tarixinə olan illik maliyyə hesabatını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2012-ci il tarixli 263 saylı qərarı ilə təsdiq edilmiş “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”na uyğun olaraq Mərkəzi Seçki Komissiyasına təqdim etdi.
Yeni Azərbaycan Partiyasının illik maliyyə hesabatları hər il İdarə Heyətində təsdiq edildikdən sonra gəlir və xərclər, eyni zamanda bu xərclərin təyinatı barədə həm bütün partiya üzvlərinə, həm də geniş ictimaiyyətə ətraflı məlumat verilir.