Xəbərlər
ATƏT PA-nın müşahidə missiyasının üzvü: İndiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib
ATƏT PA-nın beynəlxalq müşahidə missiyasının polşalı üzvü Rozalt Darlus Kajetan jurnalistlərə açıqlamasında bildirib ki, Milli Məclisə seçkilərlə əlaqədar indiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib.
Missiyanın üzvü səsvermə məntəqələrinin yaxşı təchiz edildiyini, məntəqə sədrlərinin və digər nümayəndələrin hamısının yerində olduğunu bildirib. “Hər hansı qanunauyğunsuzluq, insident qeydə almamışıq. İndiyədək üç səsvermə məntəqəsində olmuşuq və hər şey qaydasındadır”, - deyə o bildirib.