Xəbərlər
Deputatlığa namizəd Nurlan Həsənovun seçicilərlə görüşləri davam edir
99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Nurlan Həsənov seçicilərlə növbəti görüşünü Şiştəpə kəndində keçirib.
Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd küçələrdə, evlərdə yerli sakinlərlə, seçicilərlə görüşüb, söhbətləşib. YAP-ın deputatlığa namizədi N.Həsənov seçicilərlə görüşdə bildirib ki, etimad və dəstəkləriniz olarsa Milli Məclisdə sizin səsiniz olmaq və sizi layiq olduğunuz şəkildə təmsil etmək üçün var gücümlə çalışacağam.
Şiştəpə kəndinin seçiciləri cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə aparılan dövlət siyasətindən məmnunluğunu bildirərək, fevralın 9- da YAP -ın namizədinə hamılqla səs verəcəklərini ifadə ediblər.