YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Cavanşir Paşazadə Lənkəranda seçicilərlə növbəti görüş keçirib

Yeni Azərbaycan Partiyasının (YAP) 75 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizədi Cavanşir Paşazadə parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Cavanşir Paşazadə növbəti görüşünü Lənkəranın Vilvan,  Cil, Şağlaser, Xarxatan,  Gərgiran və Diryan kəndlərinin seçiciləri ilə keçirib.

Çıxış edən Cavanşir Paşazadə bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr üzrə inkişaf edir. Respublikamızın bölgələrinin də sosial-iqtisadi inkişafı xüsusi diqqət mərkəzindədir: “Bilirsiniz ki, indiyə qədər regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət Proqramı qəbul olunub. Onların üçünün icrası yekunlaşıb və bu proqramlar nəticəsində bölgələrdə böyük işlər görülüb. Hazırda dördüncü proqramın icrası uğurla davam edir. Bu proqramlar çərçivəsində Lənkəranda da böyük quruculuq işləri həyata keçirilib”.
C.Paşazadə hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hərtərəfli islahatların həyata keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, siyasi, sosial-iqtisadi, mədəni-humanitar nailiyyətlərimizin hər biri məhz ardıcıl və sistemli islahatların nəticəsində mümkün olub: “Artıq dövlət hakimiyyətinin bütün qollarını əhatə edən islahatların qanunverici hakimiyyəti də əhatə etməsi ölkədə baş verən köklü yeniliklərdən irəli gələn sosial və siyasi sifarişdir. Bu baxımdan, dərinləşən islahatlara paralel olaraq siyasi islahatların davam etdirilməsi, indiki halda qanunverici orqanın yenilənməsi mühüm əhəmiyyət kəsb edir”.
Deputatlığa namizəd seçiciləri parlament seçkilərində daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər fevralın 9-da Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bəyan ediblər.